» » » Türkiyənin Azərbaycandakı səfiri Türk Şəhidliyini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Türk Şəhidliyini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Türk Şəhidliyini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin əməkdaşları Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 99-cu ildönümü ilə əlaqədar Türk Şəhidliyini ziyarət ediblər.


ucarliyiq.biz-in məlumatına görə, səfir əvvəlcə abidə önünə əklil qoyub, daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.


E.Özoral bildirib ki, Bakının xilası Azərbaycanın hazırkı sərhədləri çərçivəsində müstəqilliyini elan edilməsi üçün önəmli idi: "1918-ci ildə Osmanlı İmperiyasının ordusu çox az idi. Buna baxmayaraq, Osmanlı imperatoru ən yaxşı hərbçilərini Qafqaza, qardaş dövlətin yardımına göndərib".


Bunda sonra səfir türk və Azərbaycan şəhidlərinin məzarlarına qərənfillər düzüb, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi Məşəl" abidəsinin qarşısına əklil qoyub. 

Interesting facts scroll top