» » » Prezident İlham Əliyev Meksika dövlət başçısına məktub ünvanlayıb

Prezident İlham Əliyev Meksika dövlət başçısına məktub ünvanlayıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika prezidenti Enrike Penya Nyetoya məktub ünvanlayıb.


ucarliyiq.biz xəbər verir ki, məktubda deyilir:   


"Hörmətli cənab Prezident,


Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.


Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".

Interesting facts scroll top