» » » Prezident İlham Əliyev Çilinin dövlət başçısına məktub ünvanlayıb

Prezident İlham Əliyev Çilinin dövlət başçısına məktub ünvanlayıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çili Respublikasının Prezidenti xanım Mişel Baçelet Xeriyaya təbrik məktubu ünvanlayıb.


“Report”un xəbərinə görə, məkubda deyilir:


“Hörmətli xanım Prezident,


Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.


Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı ikitərəfli münasibətlərin davamlı inkişafı yolunda birgə səylər göstərəcəyik.


Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.

Interesting facts scroll top