» » » BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov "Dubai Air Show" beynəlxalq aviasiya sərgisinin açılış mərasimində iştirak edib.


Azərbaycanın BƏƏ-dəki səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, tədbirdə iştirak zamanı səfir Birləşmiş Ərəb Əmirliklərinin müdafiə nazirinin müavini, general-mayor Abdulla əl-Haşimi ilə görüşüb, ona Azərbaycanda aviasiyanın uğurları barədə məlumat verib.


Səfir Abdulla əl-Haşimini Azərbaycana səfərə dəvət edib.

scroll top