» » » Zakir Həsənov NATO-nun baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

Zakir Həsənov NATO-nun baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Müdafiə Nazirliyindən ucarliyiq.biza verilən məlumata görə, Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan müdafiə naziri xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir. Nazir NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionun təhlükəsizliyinə ciddi təhdiddir. 


NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Alyansın müxtəlif proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.


Görüşdə Azərbaycan ilə NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrimizin hazırki vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. 

scroll top