» » » Tut tingləri və barama toxumları məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılacaq

Tut tingləri və barama toxumları məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılacaq

Tut tingləri və barama toxumları məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılacaq
© Azertag

Prezident İlham Əliyev “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.


“Report” xəbər verir ki, tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamına əsasən nazirliyə ayrılmış vəsait hesabına 1,05 milyon manat, o cümlədən tut (çəkil) tinglərinin alınmasına 775 min manat, barama toxumlarının alınmasına 275 min manat sərf edəcək.


Kənd Təsərrüfatı Nazirliyinə tədarük olunan tut (çəkil) tinglərinin və barama toxumlarının, şəhər və rayonlarda tələbat nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etmək, tut (çəkil) tingləri və barama toxumlarının əvəzi ödənilmədən paylanıldığı məhsul istehsalçıları, habelə şəhər və rayonlarda bu ting və toxumlara tələbat barədə Prezidentə məlumat vermək tapşırılıb.

scroll top