» » » Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasında iştirak edəcək

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasında iştirak edəcək

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasında iştirak edəcək
© Mod.gov.az

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tacikistanın ölkəmizə yeni təyin olunan səfiri Rustam Soliyev ilə görüşüb.


Müdafiə Nazirliyindən ucarliyiq.biza verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Tacikistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.


Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspekivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.


Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Düşənbə şəhərində keçiriləcək növbəti iclasında iştirak etmək üçün Azərbaycan müdafiə nazirinin Tacikistana nəzərdə tutulan səfəri ilə bağlı məsələlər də görüş zamanı müzakirə edilib.


Qeyd edək ki, Şuranın iclası oktyabrın 12-də baş tutacaq. 

scroll top