» » » AŞPA prezidenti vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

AŞPA prezidenti vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

AŞPA prezidenti vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntun istefası ilə əlaqədar təşkilata rəhbərlik müvəqqəti olaraq vitse-prezidentə tapşırılıb.


ucarliyiq.biz AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, vitse-prezident Rocer Geyl Assambleyanın növbəti plenar iclasında yeni prezident seçilənə qədər bu vəzifəni müvəqqəti icra edəcək.


Xatırladaq ki, P.Aqramunt bu gün sağlamlığı ilə əlaqədar AŞPA-nın prezidenti vəzifəsindən istefa verib.


Beləliklə, oktyabrın 9-da AŞPA-nın növbəti plenar sessiyasında onun vəzifədən kənarlaşdırılması ilə bağlı planlaşdırılan müzakirələrə ehtiyac qalmayıb.


Qeyd edək ki, AŞPA-nın növbəti payız sessiyası oktyabr 9-dan 13-dək Strasburqda keçiriləcək.

scroll top