» » » Azərbaycanda yaşamaq istəyən əcnəbilərin bilikləri yoxlanılacaq

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin bilikləri yoxlanılacaq


Dövlət Miqrasiya Xidməti Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə oktyabrın 11-i və 12-də müsahibə keçirəcək.


ucarliyiq.biz məlumatına görə, müsahibənin məqsədi əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılmasıdır.


Müsahibəyə ümumillikdə 95 nəfər dəvət olunub ki, onlardan 48-nin oktyabrın 11-də, qalanlarının isə oktyabrın 12-də bilikləri yoxlanılacaq. 

scroll top