» » » Altay Əfəndiyev: “Məqsədimiz regional əməkdaşlığı genişləndirmək və bölgədə sabitliyə nail olmaqdır”

Altay Əfəndiyev: “Məqsədimiz regional əməkdaşlığı genişləndirmək və bölgədə sabitliyə nail olmaqdır”

Altay Əfəndiyev: “Məqsədimiz regional əməkdaşlığı genişləndirmək və bölgədə sabitliyə nail olmaqdır”
© Foto: Report.az

Tbilisi. 8 oktyabr. “Məqsədimiz GUAM çərçivəsində regional əməkdaşlığı daha da genişləndirmək, bölgədə sabitliyə nail olmaqdır”.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev söyləyib.


O deyib ki, GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçiriləcək görüşdə, təşkilatın yaranmasından keçən vaxt ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, perspektivlər, regional təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, regional münaqişələr, eləcə də regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.


Baş katibin sözlərinə görə, ABŞ, Yaponiya kimi dövlətlər, Vişeqdrad qrupu, Baltikyanı ölkələr və digər nüfuzlu beynəlxalq təşkilatlar GUAM-a böyük maraq göstərirlər. Toplantıda bu ölkə və təşkilatlarla da əlaqələrin, əməkdaşlığın genişləndirilməsi məsələsi əsas müzakirə mövzularından olacaq.

scroll top