» » » Azərbaycan müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb


Oktyabrın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa rəsmi səfəri başlayıb.


ucarliyiq.biz Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.


Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

scroll top