» » » Xızıda daha 132 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda daha 132 ədəd partlamamış hərbi sursat aşkarlanıb


Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərəfindən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə, 1 otlaq sahəsinə və ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.


ANAMA-dan ucarliyiq.biza verilən məlumatan görə, 132 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 608 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 846 000 kv.m (84.60 ha) ərazi yoxlanılmışdır.


Ümumiyyətlə, 37 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 10 ferma ərazisinə, 38 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 11 065 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd partlamış-yanmış sursat qalıqları və 23 770 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 42 082 828 kv.m (4 208 ha) ərazi yoxlanılmışdır.


Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır. 

scroll top