» » » İlham Əliyevin üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsindən dörd il ötür

İlham Əliyevin üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsindən dörd il ötür


Bu gün dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsindən dörd il ötür. 


ucarliyiq.biz xatırladır ki, 2013-cü ilin oktyabrın 9-da ölkədə növbəti prezident seçkisi keçirilib və dövlət başçısı İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçilib.


Qeyd edək ki, İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.


2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.


2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə dövlət başçısı seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

scroll top