» » » Azərbaycanın müdafiə naziri Minskdəki "Qələbə" abidəsini ziyarət edib

Azərbaycanın müdafiə naziri Minskdəki "Qələbə" abidəsini ziyarət edib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki "Qələbə" meydanını ziyarət edib.


Bu barədə ucarliyiq.biza Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri "Qələbə" abidəsinin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.


Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Belarusa rəsmi səfəri davam edir.

scroll top