» » » Müsavat başqanının müavini Milli Şuranın mitinqlərinə qatılmamalarının səbəbini açıqlayıb

Müsavat başqanının müavini Milli Şuranın mitinqlərinə qatılmamalarının səbəbini açıqlayıb

Müsavat başqanının müavini Milli Şuranın mitinqlərinə qatılmamalarının səbəbini açıqlayıb
Müsavat Partiyasının başqanının müavini Yadigar Sadıqov

Müsavat Partiyasının başqanının müavini Yadigar Sadıqov Milli Şuranın bu ilin sentyabrın 23-də və oktyabrın 7-də keçirdiyi mitinqlərə qatılmamalarının səbəbini açıqlayıb.


“Report”un xəbərinə görə, Y.Sadıqov deyib ki, Milli Şuranın mitinqində Müsavat Partiyası üzvlərinin iştirakı hələ birgə mitinq demək deyil: “Bu mitinqlərdə Müsavat Partiyasının iştirakının əleyhinə olanlardan biri də mənəm. Çünki cəmiyyət birgə mitinqlər düşündürürsə, bu sadəcə, iştirakdır. Birgə mitinq sözün həqiqi mənasında birgə təşkil edilən, birgə aparılan və bütün məsuliyyəti (siyasi, maddi və s.) birgə daşınılan aksiyaya deyilir. Hər bir təşkilatın mənafeyi, qüruru var. Müsavat rəhbərliyinin də birgə təşkil etmədikləri aksiyada xoşagəlməz münasibətlə üzləşib təmsil etdikləri partiyanı, onun üzvlərini kiçik düşürmək kimi lüksü yoxdur. Şəxs olaraq təvazökar ola bilərik, amma partiya rəhbərliyi olaraq müəyyən şərtləri gözləməyə məcburuq. Şübhə etmirəm ki, mitinqi Müsavat təşkil etsəydi, Milli Şura rəhbərliyi də tamamilə haqlı olaraq eyni düşünəcək və eyni davranacaqdı.. Həqiqi birgə mitinqlərin təşkili ilə bağlı isə Müsavat Partiyası tərəfindən heç bir əngəl yoxdur”.

scroll top