» » » Səməd Seyidov: "Son hadisələr AŞPA-da vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi"

Səməd Seyidov: "Son hadisələr AŞPA-da vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi"

Səməd Seyidov: "Son hadisələr AŞPA-da vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi"
AŞPA nümyəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov

Strasburq. 9 oktyabr. "Son hadisələr Avropa Şurası Parlament Assambleyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi və yeni seçiləcək prezidentin üzərinə böyük vəzifə düşür".


ucarliyiq.biz-in Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın plenar iclasında çıxışı zamanı deyib.


S.Seyidov bildirib ki, Azərbaycan müsəlman dövləti olaraq insan hüquqları sahəsində böyük nailiyyətlər əldə edib. O deyib ki, bəzi müsəlman dövlətlərində baş verən mənfi əməllər bütün müsəlman ölkələrinə şamil edilməməlidir.


Azərbaycanın AŞPA-dakı nümyəndə heyətinin rəhbəri qeyd edib ki, son hadisələrlə bağlı Avropa Şurası dövlətləri daxilində fikir ayrılıqları güclənib və bu mənfi təmayül davam etməkdədir. 

scroll top