» » » AŞPA-nın yeni prezidentini səsvermənin ikinci turunda da seçmək mümkün olmayıb - YENİLƏNİB

AŞPA-nın yeni prezidentini səsvermənin ikinci turunda da seçmək mümkün olmayıb - YENİLƏNİB


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçkilərin ikinci mərhələsində iki namizəddən heç biri tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib.


ucarliyiq.biz xəbər verir ki, seçkilər bu gün AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində baş tutub.


Belə ki, Stella Kiriakides (Kipr) 121, Emanuelis Zinqeris (Litva) isə 69 səs toplayıb.


Səsvermənin üçüncü mərhələsi sabah keçiriləcək.


Xatırladaq ki, oktyabrın 6-da Pedro Aqramunt sağlamlığındakı problemləri səbəb göstərərək könüllü şəkildə AŞPA prezidenti vəzifəsindən istefa verib.



*** 17:22


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçkilərin ilk mərhələsində iki namizəddən heç biri tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib.


ucarliyiq.biz xəbər verir ki, seçkilər bu gün AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində baş tutub.


Belə ki, Stella Kiriakides (Kipr) 126, Emanuelis Zinqeris (Litva) isə 84 səs toplayıb.


Səsvermənin ikinci mərhələsi bu gün bir qədər sonra keçiriləcək.


Xatırladaq ki, oktyabrın 6-da Pedro Aqramunt sağlamlığındakı problemləri səbəb göstərərək könüllü şəkildə AŞPA prezidenti vəzifəsindən istefa verib.

scroll top