» » » Azərbaycanın xarici işlər nazirinin müavini Soçidə MDB XİNŞ-in iclasına qatılıb

Azərbaycanın xarici işlər nazirinin müavini Soçidə MDB XİNŞ-in iclasına qatılıb

Azərbaycanın xarici işlər nazirinin müavini Soçidə MDB XİNŞ-in iclasına qatılıb
© Facebook/ Мария Захарова

Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.


ucarliyiq.biz xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edir.


İştirakçılar MDB-nin fəaliyyətinin effektivliyinin artırılması üçün kompleks təşkilati və praktiki tədbirləri müzakirə edəcəklər. Eyni zamanda, oktyabrın 11-də keçiriləcək MDB Dövlət Başçıları Şurasına təqdim olunacaq sənəd layihələri nəzərdən keçiriləcək.


Bu sənədlər arasında korrupsiyaya qarşı mübarizədə ölkələr arasında əməkdaşlıq konsepsiyası, MDB dövlətlərinin hava-kosmik müdafiə məsələlərin həlli üzrə birgə hava hücumundan müdafiə sistemlərinə adaptasiyasının əsas istiqamətləri barədə sənəd var. 

scroll top