» » » AŞPA-ya müvəqqəti sədr seçilib

AŞPA-ya müvəqqəti sədr seçilib


Strasburq. 10 oktyabr. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müvəqqəti sədri şeçilib.


ucarliyiq.biz-in Fransa bürosu xəbər verir ki, AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə Stella Kiriakides (Kipr) müvəqqəti sədr vəzifəsinə seçilib.


Gizli səsvermə zamanı Stella Kiriakides 132, Emanuelis Zinqerisdir (Litva) isə 88 səs toplayıb.


O, 2018-ci il yanvar ayının 8-dək bu vəzifəni icra edəcək.


Xatırladaq ki, Pedro Aqramuntun istefasından sonra AŞPA-nın prezidenti vəzifəsinə iki namizəd var idi.

scroll top