» » » AŞPA “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı qəbul edib

AŞPA “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı qəbul edib


Strasburq. 11 oktyabr. Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib. 


http://report.az/ucarliyiq.biz-in Fransa bürosu xəbər verir ki, sənədin lehinə 115 deputat səs verib, 27 parlamentari qətnamənin əleyhinə olub.


AŞPA üzvlərindən 7 nəfər səsvermədə iştirak etməyib.



Qətnamədə məhkəmə orqanlarının tamamilə müstəqil şəkildə fəaliyyət göstərməsi, Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədilə vətəndaş cəmiyyətlərinin fəaliyyətinə və maliyyələşdirilməsinə dair qanunvericilikdə dəyişikliklər edilməsi, yuvenal ədliyyənin yaradılması, söz azadlığının gücləndirilməsi, toplaşma hüququnun möhkəmləndirilməsi və s. tövsiyyələr var. AŞPA Azərbaycan hökümətini polis məmurları arasında gender balansının yaradılması məsələsini gündəmə gətirməyə çağırır. Qətnamədə göstərilir ki, Parlament Asambleyası Azərbaycanda islahatların aparılması prosesində və onların tətbiqində yaxından iştirak etməyə hazırdır. Qətnamədə AŞPA-nın Azərbaycanın insan hüquqları və qanuni dövlətin yaradılması sahəsindəki atdığı addımlarından, o cümlədən monitorinqlərin aparıldlığı müddətdə hökümətin nümayiş etdirdiyi əməkdaşlıqdan və dialoqdan razı qaldığı qeyd edilib.
scroll top