» » » Xızıda 214 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 214 ədəd partlamamış hərbi sursat aşkarlanıb


Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə və 1 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.


ANAMA-dan “Report”a verilən məlumata görə, 214 ədəd partlamamış hərbi sursat (PHS), 114 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 431 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 801 500 kv.m (80.15 ha) ərazi yoxlanılmışdır.


Ümumiyyətlə, 40 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 39 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 11 736 ədəd partlamamış hərbi sursat (PHS), 4 867 ədəd partlamış-yanmış sursat qalıqları və 29 628 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 44 706 328 kv.m (4 471 ha) ərazi yoxlanılmışdır.


Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

scroll top