» » » Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək
© AFP

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.


ucarliyiq.biz Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.


R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.


Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

scroll top