» » » Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub
© Mod.gov.az

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev oktyabrın 12-də Bakıda işgüzar səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuperlə görüşüb.


Bu barədə ucarliyiq.biza Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

scroll top