» » » Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti və xanımı ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti və xanımı ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti və xanımı ilə görüşüb - YENİLƏNİB
© Report

Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



*** 11:05


Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.


ucarliyiq.biz xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.  

scroll top